EvHadisəSumqayıtda avtobus və minik avtomobili toqquşub, xəsarət alanlar var

Sumqayıtda avtobus və minik avtomobili toqquşub, xəsarət alanlar var

Sumqayıtda nəqliyyat qəzası baş verib. Un yerli bürosunun məlumatına görə, hadisə Sülh prospektində qeydə alınıb.

Hadisədə 1965-ci il təvəllüdlü Abışov Arzu Şubay oğlu idarə etdiyi “Hyundai” markalı avtobusla, 1962-ci il təvəllüdlü Hüseynova İradə Əlihüseyn qızının sürdüyü “Kia” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində hər iki sürücü ilə yanaşı, avtobusda olan sərnişin — 1990-cı il təvəllüdlü Abşeron rayon sakini Məmmədov Tural Arif oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla əlaqədar araşdırma aparılır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər