“Qarabağ” futbol komandası Çempionlar Liqasının əsas mərhələsinin II turunda evdə Danimarka təmsilçisi “Kopenhagen”i 2:0 hesabı ilə məğlub etməklə ölkəmizin UEFA reytinqindəki əmsalına əlavə 0.500 xal qazandırıb.
Baş məşqçi Qurban Qurbanovun rəhbərlik etdiyi “Qarabağ”ın bu qələbəsindən sonra Azərbaycan hazırda UEFA reytinqində 22.000 bal ilə 25-ci yerdə qərarlaşıb. Qonşu sıralarda Serbiya 22.375 xalla 24-cü, Slovakiya isə 21.375 xalla 26-cı pillədədir.
Əlavə olaraq bildirək ki, İngiltərə milləti UEFA reytinqində 97.116 xalla birinciliyi əldə edib.





