Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədovun “20 Yanvar” metrostansiyasının keçidlərində və yerüstü ticarət obyektlərinə nəzarəti ələ keçirməyə çalışdığı iddiaları davam edir.
Daylinews-az.com-ın verdiyi məlumata görə, bu barədə sahibkarların sosial şəbəkələr və mətbuatda yayımladıqları şikayətlərdə bildirilir. İddialara əsasən, İntiqam Məmmədovun “Beşmərtəbə” və “28 May” yeraltı keçidlərindəki ticarət obyektlərinə toxunmadığı, lakin “20 Yanvar” yeraltı keçidindəki onlarla sahibkarı sıxışdırdığı və onları dövlətin siyasətindən narazı salmağa çalışdığı iddia olunur.
Məsələnin aydınlaşdırılması məqsədilə Daylinews-az.com İntiqam Məmmədovla əlaqə saxlamağa çalışıb. Lakin oktyabrın 9-dan bəri edilən zənglərə Məmmədov cavab verməyib. Departamentin bir əməkdaşı isə məsələ ilə bağlı saytla əlaqə saxlanılacağını bildirib.