Azərbaycan hökuməti 2026-2029-cu illəri əhatə edən yeni pensiya sisteminin inkişafı proqramını hazırlayıb. Maliyyə Nazirliyinin açıqladığı “Ortamüddətli Xərclər Çərçivəsi” sənədində qeyd olunur ki, Azərbaycanda pensiya sisteminin davamlılığını təmin etmək və onun keyfiyyətini artırmaq məqsədilə bir sıra struktur dəyişikləri və islahatlar planlaşdırılır.
Sənədə əsasən, ölkədə mövcud olan demoqrafik vəziyyətə uyğun olaraq, 69.7 faiz əmək qabiliyyətli yaşda olan əhalinin davamlı olaraq azalma ehtimalı nəzərə alınır. 2050-ci ilə doğru əhalinin yaş strukturunda ciddi dəyişikliklər baş verəcək. Belə ki, 15–64 yaş aralığında olan şəxslərin nisbəti 2024-cü ildə 64.8%-ə enəcək və bu göstərici 2050-ci ildə 55%-ə qədər geriləyəcək. Əks tərəfdən, 65 yaş və yuxarı yaş qrupunun ümumi əhalidə payı isə 9.1 faizdən 18.1 faizə kimi yüksələcək.
Hesabatda vurğulanır ki, iqtisadi və sosial inkişaf şəraitində insanların ömür müddəti artacaq və bu, pensiya fondunun maliyyə yükünü daha da artıracaq. 2024-cü ildə orta ömür uzunluğu 74.6 il təşkil etsə, 2050-ci ilə proqnozlar göstəricinin 78.6 il olacağıdır. Bu da uzunmüddətli pensiya təminatının aktual məsələlərindən biridir.
İslahatların əsas prioritetlərindən biri, pensiya sisteminin maliyyə dayanıqlığını gücləndirmək və onun daha ədalətli şəkildə işləməsini təmin etməkdir. Bu məqsədlə, Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiya fəaliyyətinə cəlbi həyata keçiriləcək və bu, sistemin gələcək maliyyə dayanıqlığını təmin etmək üçün mühüm addımdır.
Bundan başqa, daha müasir və şəffaf pensiya siyasətinin tətbiqi üçün qanunvericiliyin təkmilləşdirilməsi və inzibati təşkili də nəzərdə tutulub. Hədəf, pensiyaçıların sosial müdafiəsini müasir həyat tələblərinə uyğun şəkildə yaxşılaşdırmaq və ölkənin yaşlanan əhali profilinə uyğun yeni strategiyalar hazırlamaqdır.





