EvİqtisadiyyatKredit götürməzdən əvvəl diqqət edilməsi vacib məqamlar

Kredit götürməzdən əvvəl diqqət edilməsi vacib məqamlar

Expressbank hər bir vətəndaşı yalnız real ehtiyaclar üçün kredit götürməyə və maliyyə savadlılığına önəm verməyə çağırır. Bankın eksperti qeyd edir ki, son illərdə borclanma vərdişlərində emosional qərarlar daha tez-tez müşahidə olunur, bu isə gələcəkdə maliyyə çətinliklərinə yol aça bilər.

Məsuliyyətli borclanma üçün əsas addımlar:

  • Kreditin yalnız zəruri hallarda və düşünülmüş qərar əsasında götürülməsi.
  • Aylıq gəlirlə xərclərin düzgün təhlili və kredit öhdəliyinin büdcədə balanslaşdırılması. Mərkəzi Bankın qaydalarına görə, gəlirin maksimum 45%-i kredit ödənişlərinə ayrılmalıdır, mütəxəssislər isə bu nisbətin 30-35% səviyyəsində olmasını tövsiyə edir.
  • Müqavilə şərtlərinin, faiz dərəcələri və cərimə mexanizmlərinin aydın anlaşılması. Hər hansı sual yarandıqda dərhal bank əməkdaşına müraciət edilməsi vacibdir.
  • Ödənişlərin vaxtında həyata keçirilməsi, kredit tarixçəsinin qorunması və gələcəkdə digər maliyyə məhsullarına çıxış imkanlarının artırılması.
  • Maliyyə savadlılığının daim artırılması – şəxsi büdcə planlaşdırması və borclanmada məsuliyyətin formalaşması üçün maarifləndirici resurslardan istifadə etmək.

Expressbank bildirir ki, bu istiqamətdə görülən işlər həm fərdi rifah, həm də ümumi maliyyə sabitliyi üçün əhəmiyyətlidir. Bank, bütün məhsul və xidmətləri barədə ətraflı məlumatı rəsmi saytında və informasiya mərkəzində təqdim edir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər