EvİqtisadiyyatAİ-95 markalı avtomobil benzininin istehsalı Azərbaycanda kəskin azalıb

Aİ-95 markalı avtomobil benzininin istehsalı Azərbaycanda kəskin azalıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda Aİ-92 markalı avtomobil benzininin istehsalı 1 067,54 min tona çataraq 2,1% artım göstərib. Dövlət Statistika Komitəsinin “APA-Economics”ə bildirdiyinə görə, analoji dövrdə Aİ-95 markalı avtomobil benzini istehsalı isə ciddi şəkildə azalaraq 13,8 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövründən 45,02% azdır.

Ümumilikdə, ilin doqquz ayında ölkədə istehsal olunan avtomobil benzini həcmi 1 081,3 min ton olub ki, bu da illik müqayisədə təxminən 1% çoxdur.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər