Oktyabrın 29-da Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbulunun 30-cu ildönümünə həsr olunmuş beynəlxalq parlament konfransı təşkil olunacaq. Tədbirin mövzusu “Müasir dünyada dövlətlərin müstəqillik və suverenliyinin təməli kimi Konstitusiya”dır.
Konfransda iştirak edənlər müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların əhəmiyyəti, dövlətin suverenliyinin və milli müstəqilliyin qorunması barədə fikir mübadiləsi aparacaqlar. Tədbirdə təxminən 20 ölkənin parlament nümayəndə heyətləri və 5 beynəlxalq təşkilatın təmsilçilərinin iştirakı gözlənilir.





