Avroliqada Real Madrid və Barselona arasında keçiriləcək qarşıdakı oyun – basketbol mövsümünün əvvəlində ən vacib görüşlərdən biri və hər iki komandanın iddialarını ciddi sınaqdan keçirəcək qarşılaşmadır. Sənin üçün biz klassik İspan qarşıdurmasına MelBet baxış hazırlamışıq.
Komandalar yeni Avroliqa mövsümünə necə başladılar
Hər iki ispan nəhəngi birbaşa pley-off mərhələsinə vəsiqə uğrunda mübarizə aparır, lakin hələlik yalnız pley-in zonasındadırlar. Barselona 5 qələbə və 3 məğlubiyyətlə 8-ci yerdədir, Real isə 4 qələbə və 4 məğlubiyyətlə ondan bir pillə aşağıda qərarlaşıb. Bununla belə, kataloniyalıların top fərqi xeyli zəifdir – kastiliyalılarda +30 olduğu halda, onlarda cəmi +2-dir.
Barselona üçün bir neçə qələbə böyük çətinliklə gəlib. Komanda son iki rəqibini – Milan və Partizanı cəmi iki xal fərqi ilə məğlub edib. Real isə öz oyunlarında daha inamlı çıxış göstərib. Məsələn, 8-ci turda madridlilər turnirdə ardıcıl üç məğlubiyyətdən (Srvena Zvezda, Makkabi və Bavariyaya qarşı) sonra mövcud çempion Fənərbaxça üzərində 84:58 hesablı qələbə qazanaraq möhtəşəm cavab veriblər.
Nəticəyə təsir göstərə biləcək əsas amillər
Barselonanın əsas problemi – Tornike Şengeliyanın zədəsidir. Gürcü forvard bazar günü Mursiya ilə keçirilən çempionat oyununda zədə alıb və komandası həmin matçı üç xal fərqi ilə uduzub. Şengeliyanın matçın artıq taleyi demək olar ki, müəyyənləşdikdə nsonra – qarşılaşmanın bitməsinə cəmi 6 saniyə qalmış zədələnməsi vəziyyəti xüsusilə təəssüf doğuran edir.
Böyük ehtimalla gürcü oyunçu cümə günü keçiriləcək matçı buraxacaq. Bu, Barselona üçün ciddi itkidir, çünki Tornike yay transferindən dərhal sonra komandanın liderinə çevrilmişdi. O, İspaniya çempionatında keçirdiyi 5 oyunun 3-də və Avroliqadakı 2 qarşılaşmada, o cümlədən son Partizan matçında 24 xal ilə komandanın ən məhsuldar oyunçusu olub. Tornike meydanda olmadığı halda, diqqət əsasən Virtusdan onunla birlikdə komandaya qoşulan amerikalı Uill Klaybernə yönələcək. Klaybern çox qısa zamanda öz səviyyəsini təsdiqləyib.
Realda Serco Skariolo baş məşqçi postuna gəldikdən sonra heyətdə dəyişikliklər başlayıb. Trey Laylz və Teo Maledon artıq özlərini göstərirlər, komandanın illərlə liderləri sayılan Tavareş və Xezonya yaxşı çıxış edirlər, əfsanələr Lyull və Kampatso isə hələ də sıradadır. Tavareşi yüklənmədən qorumaq üçün transfer edilən Aleks Lenin gəlişi də maraq doğurur – çünki son mövsümlərdə onun bərabər səviyyəli əvəzləyicisi yox idi.
Kağız üzərində Real-ın çox güclü heyəti var və bu heyət ən azı Avroliqa 1/4 finalına qədər irəliləməyə qadirdir. Lakin klub dörd iştirakçılı Final mərhələsindəki ənənəvi statusunu bərpa etmək istəyirsə, səfər oyunlarındakı çıxışını yaxşılaşdırmalıdır: madridlilər səfərdə keçirdikləri 4 oyunun hamısında məğlub olublar.
Statistika və MelBet az əmsalları nə deyir
Hazırda komandalar Avroliqada 43 oyun keçiriblər və qələbə sayında fərq minimumdur: Barselonanın 22, Realın isə 21 qələbəsi var. Şengeliyanın zədəsindən əvvəl elə görünürdü ki, Barselona öz meydanında bu fərqi artırmaq üçün əla şansa sahib olacaq. Lakin indi oyunun nəticəsi maksimum dərəcədə qeyri-müəyyəndir və bunu MelBet-in oyun üçün təklif etdiyi əmsallar da göstərir: Barselonanın qələbəsinə – 1.805, Realın qələbəsinə – 2.005.





