Futbol üzrə Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb. 8-ci km qəsəbə stadionunda keçirilən qarşılaşmada rəqib İslandiya millisi olub. Oyun qonaqların üstünlüyü ilə başa çatıb – islandiyalı futbolçular hər iki qolu görüşün birinci hissəsində vurublar.
Matçın 20-ci dəqiqəsində Albert Qyudmyundsson görüşdə hesabı açıb. Bir qədər sonra, 39-cu dəqiqədə Sverrir İnqason fərqi artıraraq Islandiya yığmasını daha da irəli çıxarıb. İlk hissə məhz bu nəticə ilə sona çatıb. İkinci hissədə isə hesab dəyişməyib və matç islandiyalıların xeyrinə başa çatıb.
Görüşə monteneqrolu referi Nikola Dabanoviç başçılıq edib. D qrupunda əsas rəqabət Fransa, İslandiya və Ukrayna arasında davam edir; hazırda Azərbaycan 1 xalla son pillədə qərarlaşıb.
DÇ-2026-nın seçmə mərhələsində yığmamız qalan oyunlarda uğur qazanmağa çalışacaq.





