Avropa İttifaqının rəqəmsal bazarlara dair qanununda (DMA) potensial pozuntular üzrə yoxlama aparılır. Brüsseldə Aİ nümayəndəsi Toma Renye qeyd edib ki, Avropa Komissiyası “Google”un xəbər portalları və kommersiya məqsədilə məzmun paylaşan digər veb-saytlara qarşı tətbiq etdiyi məhdudiyyətləri araşdırmağa başlayıb.
Monitorinqlər göstərir ki, əgər portallarda kommersiya tərəfdaşlarına aid kontent yerləşdirilirsə, “Google”un axtarış sistemi həmin saytların reytinqini aşağı salır. “Google” isə bu addımları reytinq manipulyasiyasını önləmək məqsədilə izah edir.
Avropa Komissiyasının fikrincə, bu cür addımlar naşirlərin məzmunlarını monetizasiya etməsinə mənfi təsir göstərir və bununla geniş yayılmış qanuni praktikaların qarşısı alınır.





