Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazovun məlumatına görə, süd və ondan hazırlanan məhsullar — süd, pendir, kəsmik, qatıq — kalsium ionları və digər minerallarla zəngindir. Bu ionlar bəzi antibiotik molekullarına bağlanaraq həll olunmayan komplekslər əmələ gətirə bilir. Nəticədə həmin komplekslər bağırsaqda zəif mənimsənilir və daha sonra nəcis vasitəsilə orqanizmdən xaric olunur. Beləliklə, dərmanın yalnız bir qismi infeksiya ilə mübarizə üçün qana daxil olur və bu da onun effektivliyinin 80%-ə qədər azalmasına səbəb ola bilər.
Bu qarşılıqlı təsir əsasən iki antibiotik qrupunda müşahidə edilir. İnfeksionist tövsiyə edir ki, antibiotik qəbul edərkən süd və süd məhsulları arasında ən azı 2-4 saat fasilə saxlanılmalıdır. Qəbul zamanı antibiotiklər təmiz su ilə qəbul edilməli, süd məhsulları ilə olan qarşılıqlı təsirin olub-olmaması barədə mütləq həkimlə məsləhətləşmək və ya dərman təlimatını oxumaq vacibdir.
Qeyd olunur ki, bütün antibiotiklər süd ilə qarşılıqlı təsir göstərmir. Antibiotiklərin azabsorbsiyası həmçinin antibiotik davamlılığının artmasına gətirib çıxara bilər.
Mütəxəssis eyni zamanda bildirir ki, fermentləşdirilmiş süd məhsulları (qatıq, yoqurt) antibiotik terapiyası zamanı bağırsaq mikroflorasının qorunmasına kömək edə bilər. Əsas odur ki, antibiotiklə süd arasında müəyyən edilmiş intervala ciddi riayət olunsun.





