EvCəmiyyətAzərbaycanda noyabr ayının mülayim havasının səbəbləri açıqlanıb

Azərbaycanda noyabr ayının mülayim havasının səbəbləri açıqlanıb

Azərbaycanda noyabr ayı ərzində davam edən mülayim hava şəraitinin əsas səbəbi cənub istiqamətindən hərəkət edən isti hava kütlələri və cənub-şərq küləklərinin üstünlüyüdür. Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirir ki, noyabrın ötən dövründə Bakıda və Abşeron yarımadasında havanın orta temperaturu uzun illərin iqlim normasından 3,9 dərəcə yüksək olub.

Ümumilikdə, noyabr ayının 22 günü temperatur normal göstəricilərdən yuxarı qeydə alınıb. Ötən illər ilə müqayisədə də bu isti hava şəraiti müşahidə olunub. Məsələn, 2023-cü ildə Bakıda və Abşeronda temperatur 25, bölgələrdə isə 29 dərəcəyədək yüksəlmişdi. Mütəxəssislər yaxın həftələrdə də mülayim hava şəraitinin davam edəcəyini proqnozlaşdırır.

Coğrafiya İnstitutunun İqlim və Aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov bildirir ki, bu günlərdə ölkənin bütün rayonlarında qeydə alınan mülayimlik həmin regionlarda temperaturun 7-8, Naxçıvanda isə 12 dərəcəyədək artması ilə müşahidə olunur. Onun sözlərinə görə, bu dəyişikliklər qlobal iqlim dəyişikliyinin nəticəsidir.

R.İsmayılov əlavə edir ki, Azərbaycanda hava şəraitinin dəyişməsinə əsasən şimal və cənub istiqamətlərindən daxil olan hava kütlələri təsir göstərir. Hazırda cənubdan gələn isti hava kütlələri ölkədə mülayim temperaturun əsas səbəbidir. Qışın soyuq keçməsi və ya keçməməsi isə şimaldan daxil olan soyuq hava kütlələrinin hərəkətindən asılıdır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər