11 C
Baku
Çərşənbə axşamı, Dekabr 24, 2024
EvCəmiyyətAlatavada icazəsiz söküntü işlərinin qarşısı alınıb

Alatavada icazəsiz söküntü işlərinin qarşısı alınıb

Bu ilin aprel ayından etibarən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti çərçivəsində keçirilən monitorinqlər zamanı Yasamal rayonunun Alatava-1, 128b ünvanında yerləşən yaşayış binasında müvafiq icazə sənədləri olmadan aparılan söküntü işləri bir neçə dəfə aşkarlanıb.

Daylinews-az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, bu özbaşına fəaliyyətin dayandırılması məqsədilə aidiyyəti icra hakimiyyəti orqanlarına rəsmi sorğular göndərilib.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin operativ müdaxiləsi nəticəsində Alatava məntəqəsində qanunsuz söküntü işləri tamamilə dayandırılıb və ərazi ciddi nəzarət altına alınıb.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər