EvSiyasətİlham Əliyev Kobaxidzeni təbrik etdi

İlham Əliyev Kobaxidzeni təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri və ölkənin əsas siyasi partiyası olan “Gürcü Arzusu – Demokratik Gürcüstan”ın qələbəsi münasibətilə Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni təbrik edib.

“Daylinews-az.com” xəbər verir ki, dövlət başçısı təbrik məktubunda bildirib:

“Bu seçki nəticələri Gürcüstan vətəndaşlarının inkişaf, sabitlik və ənənəvi dəyərlərə dəstəyinin göstəricisidir. İnanıram ki, bu nəticələr Gürcüstanın hərtərəfli tərəqqisinə və rifahına xidmət edəcəkdir.

Eyni zamanda, dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində tarixən yaşamış xalqlarımızın iradəsinə əsaslanan Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmlənməsinə dəstək verəcəyinə inanıram. Bu nəticələrin Cənubi Qafqazda və daha geniş coğrafiyada ölkələrimizin mövqelərini daha da gücləndirəcəyinə inamım tamdır.

Siyasi dialoqu davam etdirmək məqsədilə Sizi münasib vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Əminəm ki, xalqlarımızın firavanlığı və regionumuzun rifahı üçün birgə səylər göstərərək, strateji tərəfdaşlığımızı daha da gücləndirəcəyik və qarşılıqlı faydalı əməkdaşlığımızı davam etdirəcəyik.”

Prezident İlham Əliyev İrakli Kobaxidzeyə səmimi arzularını çatdıraraq, Gürcüstan xalqına daim əmin-amanlıq və rifah diləyib.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər