Azərbaycan batut gimnastikası milli komandası Almaniyanın Kotbus şəhərində keçirilən “GymCity Open” beynəlxalq turnirində möhtəşəm uğur əldə edib.
Daylinews-az.com Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli komandanın üzvləri Hüseyn Abbasov və Əli Niftəliyev yarışda qızıl medal qazanaraq fərdi proqram üzrə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bu uğur, Azərbaycanın gimnastika sahəsində beynəlxalq arenada öz yerini möhkəmləndirdiyini bir daha təsdiq edir.