Azərbaycanda noyabr ayında ardıcıl olaraq 6 gün qeyri-iş günü olacaq.
Daylinews-az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2024-cü ildə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 və 13 noyabr iş günləri 16 və 23 noyabr istirahət günləri ilə əvəzlənib.
Qeyd edək ki, 8 noyabr Zəfər günü, 9 noyabr isə Azərbaycan Respublikasının Dövlət Bayrağı günü qeyri-iş günləridir. Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, gələn həftənin bazar ertəsi – 11 noyabr da qeyri-iş günü olacaq. Nəticədə, iş və istirahət günlərinin dəyişdirilməsi ilə 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günləri olacaq.