EvCəmiyyətADY yağışlı və küləkli hava ilə əlaqədar qatarların gecikməsi barədə xəbərdarlıq edir

ADY yağışlı və küləkli hava ilə əlaqədar qatarların gecikməsi barədə xəbərdarlıq edir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yağışlı və küləkli hava şəraitində yarana biləcək çətinliklərin qarşısını almaq üçün zəruri addımlar atır.

ADY-dən verilən məlumata görə, qatarlar hazırda müəyyən edilmiş qrafik üzrə hərəkət edir və bütün infrastruktur obyektlərinə daimi monitorinq tətbiq olunur.

Buna baxmayaraq, bəzi sahələrdə sürət həddinə məhdudiyyətlərin qoyulması ilə əlaqədar hərəkət cədvəlindən cüzi kənarlaşmalar istisna edilmir.

ADY vurğulayır ki, intensiv külək və yağıntılar qatarların görünmə dərəcəsini azalda, həmçinin səs siqnallarının eşidilməsini çətinləşdirə bilər. Bununla əlaqədar olaraq, sərnişinlərə stansiya və platformalarda olarkən daha diqqətli və ehtiyatlı olmaq tövsiyə edilir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər