Türkiyənin “Beşiktaş” komandası UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda İsrailin “Makkabi” (Təl-Əviv) komandasını Macarıstanda qəbul edəcək.
Daylinews-az.com-in “Haber Global”a istinadən verdiyi məlumata görə, bu barədə İstanbul klubunun mətbuat xidməti açıqlama yayıb. UEFA, Yaxın Şərqdəki hadisələri və təhlükəsizlik məsələlərini nəzərə alaraq matçın neytral şəhər olan Debrecendə keçirilməsinə qərar verib.
Qeyd edək ki, azarkeşlərin iştirakına icazə verilməyəcək “Beşiktaş” – “Makkabi” matçı noyabrın 28-də baş tutacaq.