EvCəmiyyətAzərbaycanda Yüksək Texnologiyalar Parkı Yenidən Adlandırıldı

Azərbaycanda Yüksək Texnologiyalar Parkı Yenidən Adlandırıldı

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Dailynews-az xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat yayılıb. Sərəncama əsasən, parkın adı dəyişdirilərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılıb.

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər