Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi ilə bağlı Sərəncam imzalayıb.
Dailynews-az xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat yayılıb. Sərəncama əsasən, parkın adı dəyişdirilərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılıb.
Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.