Cənubi Koreya Respublikasının keçmiş müdafiə naziri Kim Yon Hyon həbsdə olduğu müddətdə intihara cəhd edib. Hal-hazırda onun səhhətinin normal olduğu bildirilir.
Ətraflı Məlumat
Yonhap agentliyinin məlumatına görə, Kim Yon Hyon hərbi vəziyyətin tətbiqinə dair planın əsas iştirakçılarından biri hesab olunur. Parlamentdə keçirilən dinləmələr zamanı Ədliyyə Nazirliyinin yüksəkvəzifəli məmuru bildirib ki, çərşənbə axşamı gecə yarısına yaxın təcridxana əməkdaşı Kim Yon Hyonun intihara cəhd etdiyini müəyyən edib.
“Onun [fiziki] səhhəti ilə bağlı hər şey qaydasındadır”, – deyə məmur əlavə edib.