Bakı-Quba-Rusiya dövlət sərhədi istiqamətində yerləşən pullu avtomobil yolu üçün “sürətli keçid kartı” istifadəyə verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, bu kartı aşağıdakı məkanlardan əldə etmək mümkündür:
- Yolun 44,5-ci kilometrindəki yanacaqdoldurma məntəqəsindən,
- Quba və Xudat-Qusar keçid məntəqələrindən,
- ASAN xidmət mərkəzlərindən:
- Bakı: 2, 5, 6 və 7 nömrəli mərkəzlər,
- Sumqayıt: 2 nömrəli mərkəz,
- Quba ASAN mərkəzi.
Hazırda sürücülər bu yoldan həm “sürətli keçid kartı”, həm də bank kartı ilə nağdsız ödəniş vasitəsilə istifadə edə bilərlər. Ancaq yaxın gələcəkdə yalnız “sürətli keçid kartı” istifadəçilərinə yolun ödənişli hissəsindən keçmək icazəsi veriləcək. Buna görə sürücülərə kartı əvvəlcədən almaq tövsiyə olunur ki, gələcəkdə hər hansı problemlə üzləşməsinlər.