EvDünyaABŞ-ın 39-cu Prezidenti Cimmi Karter vəfat etdi

ABŞ-ın 39-cu Prezidenti Cimmi Karter vəfat etdi

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter 101 yaşında dünyasını dəyişib.

Daylinews-Az xəbər verir ki, bu barədə Washington Post keçmiş prezidentin oğlu Ceyms Karterə istinadən məlumat yayıb. O, atasının Corciya ştatındakı evində vəfat etdiyini bildirib.

Cimmi Karter 1977-1981-ci illərdə ABŞ prezidenti olub və Demokratlar Partiyasını təmsil edib. Prezidentlik müddəti ərzində Karter əsasən insan haqları, enerji böhranı və beynəlxalq diplomatiya sahəsində fəaliyyət göstərib. O, prezidentliyinin sonunda Respublikaçılar Partiyasının nümayəndəsi Ronald Reyqana seçkilərdə məğlub olub.

Cimmi Karter haqqında ümumi məlumat

Cimmi Karter 1924-cü il oktyabrın 1-də Corciya ştatında anadan olub. Prezidentlikdən əvvəl o, Corciyanın qubernatoru kimi çalışıb. Prezident postundan sonra isə Cimmi Karter sülh və insan haqları sahəsində fəallığı ilə seçilib. O, 2002-ci ildə Nobel Sülh Mükafatı laureatı adına layiq görülüb. Karter həm də “Karter Mərkəzi” adlı qeyri-kommersiya təşkilatını təsis edib və inkişaf etməkdə olan ölkələrdə insan haqlarını və demokratik prinsipləri təşviq edib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər