EvİdmanRonaldu və "Al-Nasr" Yeni Razılaşma İmzalamağa Hazırdır

Ronaldu və “Al-Nasr” Yeni Razılaşma İmzalamağa Hazırdır

Kriştianu Ronaldu daha bir mövsüm Səudiyyə Ərəbistanında çıxış edəcək.

Daylinews-az xəbər verir ki, “Al-Nasr” klubu 39 yaşlı hücumçuyla müqavilənin 2026-cı ilin iyun ayına qədər uzadılması barədə ilkin razılıq əldə edib.

Bu barədə jurnalist Mütəb Əl-Avad məlumat yayıb. Yeni müqaviləyə əsasən, Ronaldu ildə 200 milyon avro qazanacaq. Bu isə həftəlik təxminən 3,8 milyon avro qazanc deməkdir.

Hazırkı müqavilə portuqaliyalı futbolçunun mövsümün sonunda başa çatır.

Qeyd edək ki, bu mövsüm Ronaldu Səudiyyə Ərəbistanı çempionatında 13 oyunda iştirak edib və 11 qol vurub.

Daha əvvəl yazmışdıq ki, “Netflix” Kriştiano Ronaldo haqqında film təqdim edir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər