24 C
Baku
Cümə, Sentyabr 27, 2024
EvCəmiyyətRumıniyada güclü zəlzələ baş verdi, təkanlar Ukraynada da hiss olundu

Rumıniyada güclü zəlzələ baş verdi, təkanlar Ukraynada da hiss olundu

Rumıniyada 5.5 bal gücündə güclü zəlzələ qeydə alınıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Nehoyu şəhərinin 17 kilometr şimal-şərqində yerləşib. Bu ərazidə təxminən 11 minə yaxın insan yaşayır. Yeraltı təkanlar 137 kilometr dərinlikdə baş verib.

Hazırda insan itkisi və ya ciddi dağıntılarla bağlı heç bir məlumat yoxdur. Maraqlıdır ki, zəlzələ təkcə Rumıniyada deyil, hətta Ukraynada da hiss olunub, xüsusilə ölkənin qərb bölgələrində bəzi insanlar zəif təkanları qeydə alıblar.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər