11 C
Baku
Çərşənbə, Dekabr 4, 2024
EvSiyasətTürkiyənin milli müdafiə nazirinin müavini: Azərbaycanla hərbi ittifaq güclənməkdə davam edir

Türkiyənin milli müdafiə nazirinin müavini: Azərbaycanla hərbi ittifaq güclənməkdə davam edir

Bakının işğaldan azad edilməsi günü, Azərbaycan-Türkiyə qardaşlığının əsası olaraq mühüm tarixi hadisələrdən biridir.

Türkiyənin milli müdafiə nazirinin müavini Şüay Alpay, Bakının işğaldan azad olunmasının 106-cı ildönümü münasibətilə Ankarada keçirilən “Qafqaz İslam Ordusu və Ənvər Paşa” adlı tədbirdən sonra “Report”un Ankara bürosuna verdiyi açıqlamada bu fikirləri səsləndirib.

Alpay öz azərbaycanlı köklərini vurğulayaraq, babasının Gəncə üsyanında fəal rol oynayan Qaçaq Məmmədqasımın 1920-ci ildə bolşeviklərə qarşı vuruşduğunu xatırladıb.

Nazir müavini əlavə edib ki, Bakının işğaldan azad edilməsi onun üçün xüsusi bir məna daşıyır: “15 sentyabr tarixi bizim üçün çox önəmli və dəyərlidir. Bu cür tarixi hadisələr, Azərbaycan və Türkiyə münasibətlərinin daha da güclənməsinə və strateji müttəfiqliyə çevrilməsinə təkan verib. Başda Məhəmməd Əmin Rəsulzadə, Ənvər Paşa, Nuru Paşa və mənim qürurla adını çəkdiyim babam Məmmədqasım olmaqla, Azərbaycanın azadlığı uğrunda canlarını fəda edən qəhrəmanlarımızı minnətlə anıram”.

Şüay Alpay, Türkiyə-Azərbaycan dostluğunun və hərbi ittifaqın getdikcə daha da möhkəmləndiyini bildirib:

“Yeganə məqsədimiz Türkiyə və Azərbaycanın dostluğunun əbədi olmasıdır. Bunun üçün möhkəm tarixi biliklərə sahib olmaq vacibdir. Mən qətiyyətlə deyə bilərəm ki, bu əlaqələri gələcəyə daşıyan, tariximizi yaxşı bilən və sağlam düşüncəli gənclərimiz var.”

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər