23 C
Baku
Cümə, Sentyabr 27, 2024
EvSiyasətŞuşada Bayraq Meydanının açılışı baş tutub

Şuşada Bayraq Meydanının açılışı baş tutub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşa şəhərində Bayraq Meydanının açılışında iştirak edib.

Daylinews-az.com-nın məlumatına görə, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, dövlət başçısına Bayraq Meydanında aparılan işlər barədə məlumat verib.

Qeyd edilib ki, Bayraq Meydanının yenidən qurulmasına 2024-cü ilin may ayında start verilib. Layihə “Chapman Taylor” şirkətinin konsepsiyası əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.

Bayraq Meydanı amfiteatr ilə əhatələnmişdir. Ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıq sahəsi isə 3693 kvadratmetrdir. Meydanın bayraq dirəyi 11,7 metr hündürlüyündədir. Ərazidəki çoxillik bitkilər saxlanılaraq layihəyə daxil edilmişdir, burada əsasən yerli bitkilər, o cümlədən çinar ağaclarından istifadə olunmuşdur. Həmçinin müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılmışdır.

Bundan əlavə, Bayraq Meydanının yaxınlığında Şuşa şəhərinin Baş Planına uyğun olaraq Zəfər Muzeyi, çoxfunksiyalı konsert-tamaşa zalı və ticarət mərkəzinin inşa edilməsi planlaşdırılır.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər