Özbəkistanın Andican vilayətində yerləşən məscidlərdən birində qaz-hava qarışığının partlaması nəticəsində faciə baş verib. Hadisə nəticəsində üç nəfər həyatını itirib, daha on nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanalara yerləşdirilib. Yaralıların vəziyyəti barədə ətraflı məlumat verilməyib.
Partlayışın təsirindən məscid binasının sanitar-qovşağında yerləşən otaqların divar və dam hissələri ciddi zərər görüb. Lakin xoşbəxtlikdən, hadisə nəticəsində yanğın baş verməyib.
Hazırda ərazidə iki xilasedici dəstə və iki yanğınsöndürmə briqadası işləyir. Hadisənin səbəblərini aydınlaşdırmaq üçün ilkin istintaq başladılıb.





