Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Rumıniya arasında enerji sahəsində əməkdaşlığa dair yeni müzakirələr keçirilib.
daylinews-az.com-un məlumatına əsasən, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf “X” sosial platformasındakı rəsmi hesabında paylaşım edib.
Rövşən Nəcəf bildirib ki, o, Rumıniyanın energetika naziri Sebastian Burduja ilə məhsuldar bir görüş keçirib. Görüşdə iki ölkə arasında yüksək səviyyəli strateji münasibətlərin əhəmiyyəti vurğulanıb.
SOCAR prezidenti yazıb:
“Görüş çərçivəsində SOCAR-ın Rumıniyadakı fəaliyyəti, təbii qaz təchizatı və nəqli, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardıq.”
Görüş həm də enerji sahəsində əməkdaşlığın genişlənməsi, yeni layihələrə dair potensialın araşdırılması və mövcud layihələrin dəyərləndirilməsi baxımından vacib hesab olunur.





