Ukraynada davam edən münaqişə başa çatmayınca, Rusiya milli komandası və futbol klubları UEFA-nın təşkil etdiyi beynəlxalq turnirlərdə iştirak edə bilməyəcək.
daylinews-az.com-un a istinadən yaydığı məlumata görə, bu barədə UEFA prezidenti Aleksandr Çeferin Belqradda keçirilən qurumun konqresində çıxışı zamanı danışıb.
O bildirib ki, bu məsələ artıq dəfələrlə gündəmə gəlib və UEFA-nın mövqeyi dəyişməz olaraq qalır:
“Rusiya komandalarının geri qaytarılmasına gəlincə, bu mövzu haqqında artıq dəfələrlə danışmışam və şübhəniz varsa, təkrar edə bilərəm. Münaqişə bitəndə, onlar geri qaytarılacaq.”
Xatırlatma:
Rusiya yığması və ölkənin futbol klubları 2022-ci ildən etibarən, Ukraynada başlanan hərbi əməliyyatlardan sonra beynəlxalq yarışlardan uzaqlaşdırılıb və bu qərar hələ də qüvvədədir.





