8 may tarixində Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağıntısız, mülayim cənub-qərb küləyi olacaq.
Daylinews-Az.com-un Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən verdiyi məlumata görə, paytaxt və Abşeron yarımadasında gecə saatlarında havanın temperaturu 16-18 dərəcə, gündüz isə 23-28 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütununda olacaq. Nəmlik gecə saatlarında 70-80%, gündüz isə 55-60% təşkil edəcək. Azərbaycanda əksər bölgələrdə yağıntı gözlənilmir, lakin bəzi şimal və qərb rayonlarında zaman-zaman yağış və göy gurultusu, yer-yer leysan yağışları və dolu olacaq, bəzi ərazilərdə isə duman müşahidə oluna bilər. Həmçinin mülayim qərb küləyi olacaq.
Havanın temperaturu gecə 15-19 dərəcə, gündüz isə 24-29 dərəcə olacaq, dağlıq ərazilərdə isə gecə 5-10 dərəcə, gündüz isə 15-20 dərəcə isti gözlənilir.





