5 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvCəmiyyətAzərbaycanda minimum əməkhaqqı və pensiya nə qədər artacaq?

Azərbaycanda minimum əməkhaqqı və pensiya nə qədər artacaq?

Prezident İlham Əliyev çıxışında sosial təminatın gücləndirilməsi ilə bağlı mühüm mesajlar səsləndirib. Dövlət başçısı gələn ildən etibarən minimum əməkhaqqı və minimum pensiyanın artırılmasına da toxunub.

Trend-ə açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bu məsələni şərh edib.

O bildirib ki, hökumət artıq bu istiqamətdə müzakirələr aparır.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 noyabra qədər minimum əməkhaqqı və minimum pensiyanın artırılması ilə bağlı təkliflərini hazırlayacağı gözlənilir. Həmin təkliflər büdcə paketinin müzakirəsi çərçivəsində dəyərləndiriləcək və gələn ildən etibarən minimum əməkhaqqı və minimum pensiyada artımlar olacaq. Biz bu sahədə müəyyən istiqamətləri təkliflərimizdə təqdim etmişik. Minimum pensiya və minimum əməkhaqqı sonuncu dəfə 2023-cü ilin yanvarında artırılmışdı və biz son iki ilin nominal orta aylıq əməkhaqqı və inflyasiya səviyyəsini nəzərə alaraq bu göstəricilərin yenidən artırılmasını təklif edirik. Təklifimizdə həm minimum əməkhaqqı, həm də minimum pensiyada iki rəqəmli artım nəzərdə tutulub. Əlbəttə ki, konkret rəqəmlər müzakirələrin nəticəsində müəyyən ediləcək,” – deyə Vüqar Bayramov qeyd edib.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər