İqtisadiyyat nazirinin keçmiş müavini Sevinc Həsənova Nazirlər Kabinetində yeni vəzifəyə təyin edilib.
Daylinews-az.com-ın report-a istinadən verdiyi məlumata görə, Sevinc Həsənova Nazirlər Kabinetinin İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, S.Həsənova ötən ilin noyabr ayında iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilmişdi. O, 2006-cı ildən etibarən bu vəzifədə çalışırdı.