EvCəmiyyətQarabağ Universitetinin 50 tələbəsi aylıq 200 manat təqaüd alacaq

Qarabağ Universitetinin 50 tələbəsi aylıq 200 manat təqaüd alacaq

2025–2026-cı tədris ili ərzində Qarabağ Universitetində təhsil alan 50 tələbəyə Qarabağın Dirçəlişi Fondu tərəfindən təqaüd veriləcək. Daylinews-az.com-un Report-a istinadən verdiyi xəbərə görə, bu təşəbbüs Xankəndidə keçirilən “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində irəli sürülüb.

Təqaüd proqramının əsas məqsədi azad edilmiş ərazilərdə insan kapitalının inkişafı, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin potensialının üzə çıxarılması və davamlı inkişafa dəstək göstərilməsidir.

Bu təşəbbüs Qarabağın Dirçəlişi Fondu ilə Elm və Təhsil Nazirliyi yanında Təhsilin İnkişafı Fondu arasında imzalanmış Memorandum əsasında rəsmiləşdirilib.

Proqramın əsas xüsusiyyətləri:

  • Hər tələbə 1 tədris ili ərzində aylıq 200 manat təqaüd alacaq.
  • Ümumi məbləğ 2000 manat təşkil edəcək.
  • Təqaüdə namizədlər Qarabağ Universiteti tərəfindən akademik göstəricilərə əsasən seçiləcək.
  • Namizədlərin təsdiqi Təhsilin İnkişafı Fondu ilə koordinasiyada həyata keçiriləcək.

Bu təşəbbüs regionda bilik iqtisadiyyatının formalaşdırılması və tələbələrin elmi-peşəkar inkişafına töhfə vermək məqsədi daşıyır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər