VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasının ilk iclası keçirilib.
Daylinews-az.com-nın məlumatına görə, sessiya Dövlət himninin səsləndirilməsi ilə açılıb.
Sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim ediləcək. Həmçinin iclas zamanı Milli Məclisin komitələrinin tərkibi formalaşdırılacaq.