EvİqtisadiyyatAzərbaycanda tanınmış “Danone” şirkəti fəaliyyətini dayandırdı

Azərbaycanda tanınmış “Danone” şirkəti fəaliyyətini dayandırdı

Azərbaycanda süd məhsulları sektorunda fəaliyyət göstərən məşhur “Danone” MMC ləğv olunduğunu açıqlayıb.

Daylinews-az.com-un İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən yaydığı xəbərə görə, şirkət rəsmi olaraq fəaliyyətini dayandırdığını bəyan edib.

Məlumata əsasən, kreditorlara bildirilib ki, iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanına təqdim edə bilərlər.

Xatırladaq ki, “Danone” MMC 2006-cı ildə təsis edilib və nizamnamə kapitalı 390 min manat olub. Şirkət illər ərzində tanınmış süd məhsulları brendlərinin Azərbaycana idxalı ilə məşğul olub və bu sahədə nüfuz qazanmışdı.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər