Azərbaycanda süd məhsulları sektorunda fəaliyyət göstərən məşhur “Danone” MMC ləğv olunduğunu açıqlayıb.
Daylinews-az.com-un İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən yaydığı xəbərə görə, şirkət rəsmi olaraq fəaliyyətini dayandırdığını bəyan edib.
Məlumata əsasən, kreditorlara bildirilib ki, iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanına təqdim edə bilərlər.
Xatırladaq ki, “Danone” MMC 2006-cı ildə təsis edilib və nizamnamə kapitalı 390 min manat olub. Şirkət illər ərzində tanınmış süd məhsulları brendlərinin Azərbaycana idxalı ilə məşğul olub və bu sahədə nüfuz qazanmışdı.





