Futbol dünyasının tanınmış simalarından Luka Modriç “Real Madrid”dən ayrılaraq “Milan”la müqavilə imzalayıb.
Sport-az.com xəbər verir ki, A seriyası təmsilçisi 39 yaşlı xorvatiyalı yarımmüdafiəçini yeni transferi kimi rəsmi şəkildə təqdim edib. Klubun “Instagram” hesabında yayımlanan paylaşımda təcrübəli futbolçu ilk təəssüratlarını bölüşüb:
“Hər kəsə salam. Az əvvəl Milana çatdım. Karyeramda yeni bir səhifəyə başlamaqdan böyük məmnunluq duyuram”, – deyə Modriç bildirib.
Qeyd edək ki, Luka Modriç 13 ilə yaxın “Real Madrid”də çıxış edib və bu müddət ərzində klubun əfsanələrindən birinə çevrilib. O, “Milan”la 1 illik müqavilə imzalayacaq.





