EvİdmanLuka Modriç rəsmən “Milan”ın futbolçusu oldu

Luka Modriç rəsmən “Milan”ın futbolçusu oldu

Futbol dünyasının tanınmış simalarından Luka Modriç “Real Madrid”dən ayrılaraq “Milan”la müqavilə imzalayıb.

Sport-az.com xəbər verir ki, A seriyası təmsilçisi 39 yaşlı xorvatiyalı yarımmüdafiəçini yeni transferi kimi rəsmi şəkildə təqdim edib. Klubun “Instagram” hesabında yayımlanan paylaşımda təcrübəli futbolçu ilk təəssüratlarını bölüşüb:

Hər kəsə salam. Az əvvəl Milana çatdım. Karyeramda yeni bir səhifəyə başlamaqdan böyük məmnunluq duyuram”, – deyə Modriç bildirib.

Qeyd edək ki, Luka Modriç 13 ilə yaxın “Real Madrid”də çıxış edib və bu müddət ərzində klubun əfsanələrindən birinə çevrilib. O, “Milan”la 1 illik müqavilə imzalayacaq.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər