Azərbaycan boksçusu Əminə Tağı Serbiyanın Novi Pazar şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində çempionluq tituluna sahib çıxıb.
50 kq çəki dərəcəsində yarışan təmsilçimiz finalda Ermənistan nümayəndəsi Amest Afrikyanla qarşılaşıb və 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə qalib gələrək qızıl medala sahib olub. Bu qələbə ilə Əminə qitə birinciliyində fəxri kürsünün zirvəsinə qalxıb və Azərbaycan himni səsləndirilib.
Digər nəticələr:
Gümüş medal:
- Cəmilə Muradlı (52 kq)
- Fidan Bəkərova (63 kq)
- Səma Abbasova (66 kq)
Bürünc medal:
- Aylin Nəzərova (46 kq)
- Gülər Hüseynova (48 kq)
- Zəhra Məmmədova (54 kq)
Beləliklə, qızlardan ibarət milli komandamız Avropa birinciliyini:
- 🥇 1 qızıl
- 🥈 3 gümüş
- 🥉 3 bürünc medalla tamamlayıb.
Oğlanlardan son vəziyyət:
Səfdər Məmmədzadə (+80 kq) finala yüksəlib. O, yarımfinalda belaruslu Kirill Jukovskiyə tam üstünlüklə qalib gəlib. Finalda rəqibi rusiyalı Boqdan Smolkin olacaq.
Daha öncə aşağıdakı boksçularımız bürünc medal qazanıblar:
- Qardaş Rəhimov (46 kq)
- Məhəmməd Rəsulov (50 kq)
- Raul Heydərli (54 kq)
- Şahin Aslanlı (60 kq)
- Haqverdi Həsənov (63 kq)





