Azərbaycan və Çin arasında qarşılıqlı vizasız gediş-gəlişi nəzərdə tutan saziş iyulun 16-dan qüvvəyə minib. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin apreldə Çinə dövlət səfəri zamanı imzalanıb.
Daylinews-az.com xəbər verir ki, qüvvəyə minmiş “Ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”ə əsasən:
- Azərbaycan və Çin vətəndaşları etibarlı ümumvətəndaş pasportu ilə digər ölkəyə viza almadan səfər edə biləcəklər.
- Vizadan azadolma hər səfərdə maksimum 30 gün, 180 günlük dövr ərzində isə ümumilikdə 90 gün müddətində keçərlidir.
- Bu müddətlər daxilində daxil olma, çıxış etmə və tranzit keçid viza tələbi olmadan mümkündür.
Bu addım iki ölkə arasında turizm, biznes və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edir.





