EvTurizmAzərbaycan vətəndaşları üçün Çin səfərlərində vizasız rejim başladı

Azərbaycan vətəndaşları üçün Çin səfərlərində vizasız rejim başladı

Azərbaycan və Çin arasında qarşılıqlı vizasız gediş-gəlişi nəzərdə tutan saziş iyulun 16-dan qüvvəyə minib. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin apreldə Çinə dövlət səfəri zamanı imzalanıb.

Daylinews-az.com xəbər verir ki, qüvvəyə minmiş “Ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”ə əsasən:

  • Azərbaycan və Çin vətəndaşları etibarlı ümumvətəndaş pasportu ilə digər ölkəyə viza almadan səfər edə biləcəklər.
  • Vizadan azadolma hər səfərdə maksimum 30 gün, 180 günlük dövr ərzində isə ümumilikdə 90 gün müddətində keçərlidir.
  • Bu müddətlər daxilində daxil olma, çıxış etmə və tranzit keçid viza tələbi olmadan mümkündür.

Bu addım iki ölkə arasında turizm, biznes və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər