EvCəmiyyətYasamalda piyadalar üçün nəzərdə tutulan zolaq zəbt olunub

Yasamalda piyadalar üçün nəzərdə tutulan zolaq zəbt olunub

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 2B ünvanında piyadaların hərəkətinə maneə yaradan vəziyyət müşahidə olunub.

Daylinews-az.com-un qaynar xəttinə daxil olan görüntülərdən məlum olur ki, piyadalar üçün nəzərdə tutulmuş keçid zolağı iaşə obyekti tərəfindən zəbt edilib. Bu səbəbdən vətəndaşlar təhlükəsizlik baxımından riskli olan yola çıxmağa məcbur olurlar.

Sözügedən vəziyyət piyadaların gündəlik hərəkətinə ciddi çətinliklər yaradır və yol təhlükəsizliyi qaydalarının pozulmasına səbəb olur. Mövcud problemin aradan qaldırılması üçün aidiyyəti qurumların məsələyə müdaxiləsi zəruri hesab olunur.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər