EvKriminalBakı Bulvarındakı konsertdə təhqiramiz ifadələr işlədən reper saxlanılıb

Bakı Bulvarındakı konsertdə təhqiramiz ifadələr işlədən reper saxlanılıb

Reper Epi adı ilə tanınan Əkbər Novruzlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Daylinews-az.com xəbər verir ki, bu barədə məlumatı Qafqazinfo yayıb. Onun saxlanmasına səbəb kimi, bir neçə gün əvvəl Bakının Dənizkənarı Bulvarında baş tutan konsert tədbiri zamanı səhnədə səsləndirdiyi rep ifasında söyüş və əxlaqsız ifadələrin işlədilməsi göstərilir.

Mənbənin bildirdiyinə görə, açıq məkanda səsləndirilmiş həmin rep görüntüləri sosial şəbəkələrdə geniş yayılıb və ictimai qınağa səbəb olub. Bir çox istifadəçi reperin bu davranışını sərt tənqid edib.

Hazırda Əkbər Novruzlu ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər