Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 2B ünvanında piyadaların hərəkətinə maneə yaradan vəziyyət müşahidə olunub.
Daylinews-az.com-un qaynar xəttinə daxil olan görüntülərdən məlum olur ki, piyadalar üçün nəzərdə tutulmuş keçid zolağı iaşə obyekti tərəfindən zəbt edilib. Bu səbəbdən vətəndaşlar təhlükəsizlik baxımından riskli olan yola çıxmağa məcbur olurlar.
Sözügedən vəziyyət piyadaların gündəlik hərəkətinə ciddi çətinliklər yaradır və yol təhlükəsizliyi qaydalarının pozulmasına səbəb olur. Mövcud problemin aradan qaldırılması üçün aidiyyəti qurumların məsələyə müdaxiləsi zəruri hesab olunur.





