EvCəmiyyətSənədsiz Evlərin Qeydiyyatı ilə Bağlı Yeni Qayda: 15 İş Günü Ərzində Araşdırma

Sənədsiz Evlərin Qeydiyyatı ilə Bağlı Yeni Qayda: 15 İş Günü Ərzində Araşdırma

Azərbaycan Respublikasının Prezidenti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda edilən dəyişiklikləri rəsmi olaraq təsdiqləyib. Yeni qaydalara əsasən, əmlakın dövlət qeydiyyatına alınması üçün təqdim olunan sənədlərdəki torpaq kateqoriyası dövlət torpaq kadastrında qeyd olunan məlumatlarla uyğun gəlmədikdə, qeydiyyat orqanının vəzifəli şəxsləri 15 iş günü ərzində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparacaq.

Daylinews-az.com-un məlumatına görə, bu barədə iqtisadçı-deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib.

Deputat qeyd edib ki, araşdırmanın nəticələrinə əsasən, təqdim olunan sənədlərdəki məlumatların doğruluğu təsdiq olunarsa, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlər ediləcək:

“Yəni, əgər vətəndaş daşınmaz əmlakının qeydiyyata alınması ilə bağlı müraciət edən zaman qeydiyyata məsul olan dövlət qurumunda məlumat fərqli olarsa, o zaman 15 iş günü ərzində dəqiqləşdirmə aparılır. Məsələn, vətəndaşın sənədində torpağın təyinatı tikintiyə icazəyə imkan verirsə, amma dövlət qurumunda olan məlumat bazasında o ərazi kənd təsərrüfatı üçün yararlı torpaq kimi görünürsə, o zaman məlumatı dəqiqləşdirmək üçün digər profil qurumlara sorğu göndəriləcək. Sorğu zamanı vətəndaşın sənədinin doğruluğu təsdiq olunarsa, həmin daşınmaz əmlak qeydiyyata alınacaq.

Bütövlükdə, yeni dəyişikliklər qeydiyyatsız evlərin sənədləşməsi prosesində məlumatların dəqiqləşdirilməsinə xidmət edəcək. Bu, həmçinin, mülkiyyət hüquqların tanınması və qorunması baxımdan da vacibdir”.

Əlavə məlumat:

  • Yeni dəyişikliklər qeydiyyatsız evlərin sənədləşdirilməsini asanlaşdırmaq və mülkiyyət hüquqlarının qanuni şəkildə tanınmasını təmin etmək məqsədi daşıyır.
  • Prosesdə uyğunsuzluq aşkarlanarsa, qeydiyyat orqanı 15 iş günü ərzində məlumatları dəqiqləşdirmək üçün müvafiq qurumlara sorğu göndərəcək.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər