Bitcoin qiyməti 10 iyuldan bəri ilk dəfə $115 min səviyyəsinin altına düşdü, bu barədə Daylinews-az.com Binance-ə istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 11:12-yə olan məlumata görə, kriptovalyutanın dəyəri 2,5% azalıb və $114 942 səviyyəsinə enib. Daha sonra azalma yavaşlamağa başladı.
Xatırladaq ki, 14 iyul tarixində Bitcoin qiyməti tarixi maksimumunu yeniləmişdi, $121 min səviyyəsini keçmişdi.





