İyulun 29-da səhər saat 08:00-dan axşam saat 22:00-a qədər Bakının Səbail rayonu ərazisində – Salyan şosesinin 20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində olan hissəsində təmir-bərpa işləri həyata keçiriləcək.
Bu səbəbdən qeyd olunan yol sahəsində nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyətlər qoyulacaq. Bu barədə məlumatı Daylinews-az.com Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən yayıb.
Agentliyin yaydığı açıqlamada bildirilib: “Yol tam şəkildə bağlanmır. Sürücülərdən həmin hissədə hərəkət edən zaman diqqətli olmaları, yol hərəkəti qaydalarına və qoyulmuş müvəqqəti nişanlara əməl etmələri xahiş olunur.”





