EvCəmiyyətSalyan şosesində təmir işləri səbəbindən nəqliyyat hərəkətinə məhdudiyyət qoyulacaq

Salyan şosesində təmir işləri səbəbindən nəqliyyat hərəkətinə məhdudiyyət qoyulacaq

İyulun 29-da səhər saat 08:00-dan axşam saat 22:00-a qədər Bakının Səbail rayonu ərazisində – Salyan şosesinin 20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində olan hissəsində təmir-bərpa işləri həyata keçiriləcək.

Bu səbəbdən qeyd olunan yol sahəsində nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyətlər qoyulacaq. Bu barədə məlumatı Daylinews-az.com Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən yayıb.

Agentliyin yaydığı açıqlamada bildirilib: “Yol tam şəkildə bağlanmır. Sürücülərdən həmin hissədə hərəkət edən zaman diqqətli olmaları, yol hərəkəti qaydalarına və qoyulmuş müvəqqəti nişanlara əməl etmələri xahiş olunur.”

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər