Milli Hidrometeorologiya Xidməti avqustun 15-i üçün hava proqnozunu açıqlayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz və dəyişkən buludlu olacaq, lakin səhər və axşam bəzi yerlərdə yağış və şimşək çaxma ehtimalı var. Şimal-şərq küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə temperatur 22-25, gündüz 28-31 dərəcə isti, nisbi rütubət gecə 70-75%, gündüz 40-45% təşkil edəcək.
Rayonlarda isə bəzi yerlərdə fasilələrlə yağış, şimşək çaxması gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış və dolu ehtimalı var. Dağlıq ərazilərdə gecə və səhər duman müşahidə olunacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 30-34, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacaq.





